Bərdədə at əti satışı aşkarlanıb

  • 14 okt 2017, 15:29
Bərdə Rayon Baytarlıq İdarəsi Karantin polisi ilə birgə rayon ərazisində at əti satışının qarşısını alıb. 

Bu barədə Report xəbər verib. Keçirilən reyd zamanı rayonun Bakı küçəsində yaşayan Novruzova Vəsilə Ərşad qızı və onun oğlu Niyamədin Novruzovun yaşadığı evin həyətindəki tikilidə 110 kq at əti aşkar edilib.

Ərazidən götürülən at əti rayon Baytarlıq İdarəsinin soyuducu anbarına yerləşdirilib. Eyni zamanda, atın ətindən və daxili orqanlarından pataloji nümunə götürülərək, Respublika baytarlıq laboratoriyasına göndərilib.

Ekspert rəyindən sonra əlavə tədbirlər görüləcək. 

 

Demokratik.Az

Oxşar xəbərlər