ADAU-dan bıçaqlanma hadisəsinə TƏKZİB

  • 12 okt 2017, 11:28

Aqrar universitetdə bıçaqlanma hadisəsi baş verməyib.

Dünən Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı saytlarda əsası olmayan və ya dəqiqləşdirilməyən  xəbər yayılıb. Yayılan xəbərdə bildirilib ki, Universitetin Sənan adlı müəllimi kabinetində bıçaqlanıb.

ADAU-nun mətbuat xidmətindən KİV-ə açıqlamasında  bildirilib ki, ADAU-da Sənan adlı müəllim işləmir və yayılan xəbərin təhsil müəssisəsi ilə heç bir əlaqəsi yoxdur. Yalan xəbər Report.az saytına istnadən yayılıb və sayt həqiqəti biləndən sonra xəbərinə düzəliş edib. Bir daha bildirilir ki, Aqrar universitetin Sənan adlı müəllim yoxdur və burada bıçaqlanma hadisəsi baş verməyib.

Demokratik.Az

Oxşar xəbərlər