"İtkin düşən" çeçen müğənni Almaniyada tapıldı

  • 25 sen 2017, 07:17

Çeçenistanın Daxili İşlər Nazirliyi tərəfindən axtarılan itkin düşmüş müğənni Zəlimxan Bakayev Almaniyada tapılıb.

Bu barədə "Qroznı” televiziyası informasiya yayıb. Telekanalın yayımladığı materialda Bakayevin musiqi sədaları altında rəqs etdiyi görünür. Gənc müğənni avqust ayının ortalarında Almaniyaya gəldiyini və dostunun yanında yaşadığını bildirib.

"Gənc oğlan sağ-salamatdır və tamamilə sağlamdır. Çox güman ki, vaxtını öz zövqünə uyğun şəkildə keçirir”, - telekanal məlumat verib.

Qeyd edək ki, avqust ayının 8-də bacısının toy mərasimində iştirak etmək üçün Çeçenistana gələn gənc müğənninin anası polisə müraciət edərək oğlunun itkin düşdüyünü bildirmişdi.

Demokratik.Az

Oxşar xəbərlər