Bərdədə ev yanıb

  • 24 iyul 2017, 09:10
Bərdədə yanğın hadisəsi qeydə alınıb.


Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Bərdə rayonu, İkinci Nazırlı kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan 2 otaqlı evin yanar konstruksiyaları 50 m² sahədə yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olub. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Demokratik.Az

Oxşar xəbərlər