Bakıda dəhşətli qəza olub

  • 21 iyun 2017, 20:10

Bakının əsas prospektindən olan Heyər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com-un hadisə yerində olan əməkdaşının məlumatına görə, axşam saat 19 radələrində prospektin Nərimanov rayonuna aid hissəsində "Toyota Prado" markalı avtomobil ağır qəzaya uğrayıb.

Qəza nəticəsində avtomobil yararsız hala düşüb və ərazidə olan işıq dirəyini dibindən çıxarıb. Nəticədə prospektdə uzun tıxac yaranıb.

Hadisə ilə əlaqədar olaraq əraziyə DYP əməkdaşları cəlb edilib.

Ölən və yaralı barədə hələlik heç bir məlumat yoxdur.

Oxşar xəbərlər