Moskvada atışma: 1 ölü, 4 yaralı

  • 02 iyun 2017, 07:49

Moskvanın qərbində yerləşən Krılatski rayonunda baş vermiş atışma nəticəsində 4 nəfər yaralanıb, 1-i ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin paytaxt üzrə Baş İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, hadisə iki dəstə arasında qeydə alınıb.

Hazırda insidentin baş verdiyi yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, münaqişənin hansı şəraitdə baş verdiyi və səbəbləri araşdırılır.

Demokratik.Az

Oxşar xəbərlər