Ölümlə hədələnən sahibkardan şok müraciət

  • 17 may 2017, 17:16
Təzyiq və təhdidə mərzu qalan Ukrayna vətəndaşı, sahibkar Nazim Qəzənfərovun və ailə üzvlərinin həyatına təhlükə yaradan hərəkətlər baş verib. 
Bu barədə N.Qəzənfərovu özü "Bizim Yol”a etdiyi müraciətdə bildirib.  Onun yazdığına görə, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Qurtuluş-93” yaşayış kompleksinin sahibi Novruzov Məhərrəm Məhəmməd oğlu onu və ailəsini təhdid edir.  
Ukraynanın Lvov vilayətində yaşayan və burada diaspora fəaliyyəti ilə məşğul olan N.Qəzənfərov bildirib ki, M.Novruzovla tanışlığı 2013-cü il tarixində yaranıb: "Tanışlığımızdan sonra onun verdiyi  sifarişlər əsasında Azərbaycanda bir çox taxta evlər və qeyri-yaşayış obyektlərinin tikintisini apardım. Şabran rayonunun Rəhimli kəndində villa, otel və restoran, Quba rayonunun Çiləgir kəndində 2 ədəd villa, Novxanı çimərliyində yerləşən "My Bitch” istirahət zonasında restoran və iki istirahət evi tikilib istifadəyə verildi. 
Həmin dövrdə M.Novruzov onun Lvov şəhərində inşaat işi ilə məşğul olduğumu bildikdən sonra mənə məxsus "Lider Monolit” firmasına aid Liçakovskiy küçəsi 259 ünvanda yerləşən binadan və  "APK -Seqla və Qarizont Zaxid” firmasına aid tikinti təyinatlı torpaq sahəsindən gələcəkdə gəlir əldə etmək məqsədi ilə pay əldə edilməsi üçün icazə istədi.  Mən də bu təklifə etiraz etmədim”. 
Sahibkar bildirib ki, Liçakovskiy küçəsi 259-da tikinti işləri başa çatdıqdan sonra M.Novruzov Lvov şəhərinə gələrək ona qarşı təzyiqlərə başlayıb: "O, mənə bildirdi ki, hər üç firma daşınmaz əmlakla birlikdə mənim adımdan çıxarılaraq digər bir üçüncü şəxsin adına özgənikiləşdirilməlidir. Mən buna qəti etiraz etdikdə M.Novruzovun Şabran rayonundakı obyektinin inzibatçısı, mənim qardaşım Qəzənfər Qəzənfərova zəng vuraraq ona hədə-qorxu gəlib. 
O, qardaşıma xəbərdarlıq edib ki, əgər mənə məxsus firma və əmlakları M.Novruzovun dediyi şəxsin adına özgənikiləşdirilməsə, dostu olan generalın köməkliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin zirməzimisinə salınacaq”. 
Nazim Qəzənfərov bildirib ki, həmin günlərdə o M.Novruzovun sifarişi ilə kriminal aləmin nümayənləri tərəfindən ölümlə hədələnib: "Pasportum və firmanın sənədləri əlimdən alınaraq məni məcburi qaydada öz maşınlarında notariat kontorlarına aparıbar.  
Bu təzyiqlərin davamı M.Novruzovun sifarişi ilə Azərbaycanda tikdiyim yaşayış və qeyri-yaşayış sahələrinin qarşılığında alacağım pulun kiçik bir hissəsi olaraq baş etibarnamə ilə verilən "Mersedes ML” markalı avtomobil və "Qurtuluş-93”də yerləşən üç otaqlı mənzil də əlimdən alındı”.  
Nazim Qəzənfərov onu da bildirib ki, bu gün də hədə-qorxulara məruz qalıb: "Azərbaycanda yaşayan həyat yoldaşım Quliyeva İradə Mustafa qızı, oğlum Nihad Qəzənfərov və yaxın qohumlarım real təhlükə qarşısındadırlar. Ümidvaram ki, mənim hazırdakı durumumu nəzərə alıb, yuxarıda qeyd etdiklərimi ictimayiləşdirməklə yaxınlarımın və mənim təhlükəsizliyimizi təmin etmiş olarsınız”.
Ukrayna vətəndaşı Nazim Qəzənfərovun iddaları ilə bağlı olaraq "Qurtuluş-93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovla əlaqə saxlayıb, onun dediklərinə münasibət öyrənmək istədik. Ancaq o, sualı eşitdikdən sonra  telefonu qapatdı.
 
Demokratik.Az
Oxşar xəbərlər