Şəmkirdə yeməkxana yanıb

  • 09 may 2017, 07:49

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 64 m2 olan birmərtəbəli yeməkxananın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxşar xəbərlər