Toy günü qızın başqası ilə qaçmasına münasibət

  • 18 apr 2017, 08:04

Pis odur ki, qoşulub qaçdığı oğlanın ailəsi bu hadisəni nə vaxtsa qıza xatırladacaq.

Bu sözləri Axar.az-a Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova İmişlidə toy gecəsi başqasına qoşulub qaçan qız haqda danışarkən deyib. Onun sözlərinə görə, əsas günahkar qızın valideynləridir:

"Azərbaycan reallığında bu cür hallara çox rast gəlinir. Qızı sevmədiyi birinə verməyin sonu belə də olmalıdır. 18 yaş müstəqil yaş həddidir. Bu yaşda qız başqa birinə qoşulub gedirsə, demək, onu bu həddə çatdıranlar olub. Düşünürəm ki, günahkar qızın valideynləridir.

Qızın tərk etdiyinə də, qoşulub qaçdığına da fikirlər birmənalı olmayacaq. Yəni müəyyən bir vaxta kimi cəmiyyət içərisində hər iki oğlan özlərini rahat hiss etməyəcək. Pis odur ki, qızın qoşulub qaçdığı oğlanın ailəsi də gələcəkdə bu hadisəni cütlüyə qarşı istifadə edə bilər”.

Qeyd edək ki, aprelin 15-də İmişlidə gəlin toy gecəsi öz istədiyi oğlana qoşulub qaçıb.

 

Demokratik.Az

Oxşar xəbərlər