İmişlidə toydan sonra qaçan gəlin danışdı

  • 17 apr 2017, 15:57

Gəlinin sevdiyi oğlanla qaçdığı bildirilir.

Aprelin 15-də İmişlidə gəlinin toy günü başqa oğlanla qaçması hadisəsinin təfərrüatı məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl 18 yaşı tamam olmuş Sevil Quliyeva atasının evindən qaçıb. 

Belə ki, aprelin 15-də şadlıq evində keçirilən qız toyundan sonra adətə uyğun olaraq gəlin atasının evinə qayıdıb və ailələr oğlan toyuna hazırlaşmağa başlayıb. Gənc qız da buradan, yəni ata evindən sevdiyi oğlanla birgə qaçıb.

Artıq polis Sevil Quliyevanın yerini müəyyənləşdirib. O, polisə bildirib ki, 5 ildir sevdiyi şəxslə qaçıb və onları heç kim ayıra bilməz.

 

Demokratik.Az

Oxşar xəbərlər