Azərbaycanda növbəti intihar

  • 29 mart 2017, 12:48
Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Bostançı kəndində baş verib. Kənd sakini Yolçuyev Polad Samur oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib.

İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Demokratik.Az
Oxşar xəbərlər