Süpürgəçi faciəvi şəkildə öldü

  • 26 mart 2017, 19:26
Bu gün səhər saatlarında Masallıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Report xəbər verir ki, əslən Şuşa rayonundan olan, Masallı şəhərində məskunlaşan 1977-ci il təvəllüdlü Cavadova Vəsilə Heydər qızı Masallı rayonu İsgəndərli-Ərkivan istiqamətində yolda təmizlik işləri görərkən avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində C.Vəsilə hadisə yerində keçinib.

Faktla bağlı Masallı rayon Polis şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər