Bakıda polis zabiti restoranda öldü

  • 15 mart 2017, 11:51
Bakıda restoranda ölüm hadisəsi baş verib.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Həsənoğlu küçəsində yerləşən restoranda qeydə alınıb. Restorandakı müştərilərdən biri, 1962-ci il təvəllüdlü Rövşən Kamil oğlu Abbasov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

R. Abbasov təqaüddə olan polis zabitidir.

Faktla bağlı araşdırma aparılır.
 
Demokratik.Az
Oxşar xəbərlər