Yol qəzasında ölən tələbələrin adları
- 09 mart 2017, 11:25
Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrin
adları məlum olub.
Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazıxanım Cəlilli "Report"a açıqlamasında bildirib ki, hadisə nəticəsində universitetin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim ölüb.
Qəza nəticəsində xəsarət alan və 1 saylı Kliniki
Tibbi Mərkəzə yerləşdirilən 1999-cu il təvəllüdlü Canıyev Rəşad xəstəxanada
dünyasını dəyişib. Mərkəzdən bildirilib ki, o, qəza nəticəsində ağır kəllə-beyin
tramvası alıbmış.
Qeyd edəkki, bu gün səhər Bakıdan Sumqayıt istiqamətində gedən "Ford"
markalı mikroavtobusun yolunun kənarındakı dəmir yolayrıcına çırpılması nəticəsində
ağır yol qəzası baş verib.
Demokratik.Az
