Dollar 2 manata yaxınlaşır - yeni rekord

  • 27 yan 2017, 19:56
27 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

 

Mərkəzi Bankdan verilən xəbərə görə, hərracda manatın orta çəkili məzənnəsi 1, 9165 səviyyəsində formalaşıb. Bu gün hərraca 25 milyon dollar çıxarılıb. Beləcə, 1 dolların məzənnəsi rəsmən 2 manata yaxınlaşır.
 
Xatırladaq ki, son hərracda ABŞ valyutasının məzənnəsi 1.9052 manat müəyyən olunmuşdu.
 
Demokratik.Az
Oxşar xəbərlər