Demokratik TV
Xəbər lenti
Bakı-Gəncə sürət qatarının işə salınacağı vaxt açıqlanıb
- 06 yan 2017, 22:43
Bakı-Gəncə sürət qatarının fəaliyyətə başlayacağı vaxt məlum olub. Ölkənin Qərb bölgəsinə sürət qatarı Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun əsaslı təmiri yekunlaşdıqdan sonra hərəkət edəcək.
Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə qatarların sürəti 100-140 km/saat təşkil edəcək: "Gəncəyə İsveçrənin "Stadler Rail" şirkətinin "KİSS" markalı qatarları hərəkət edəcək. Ehtimal edirik ki, əlavə bu cür qatarların alınmasına ehtiyac yaranacaq".
Qeyd edək ki, hazırda Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Ötən ilin dekabr ayında Bərgüşad-Müsüslü mənzilində 12,5 km yolun əsaslı təmirinə start verilib. Bu layihənin icrasına isə 2015-ci ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 186 km dəmir yolu əsaslı təmir olunub.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti