Bakı-İstanbul aviareysi yenə təxirə salınıb

  • 05 yan 2017, 18:26
 Bu gün Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına yerinə yetirilməli olan aviareys təxirə salınıb.

APA xəbər verir ki, aviareys Bakı vaxtı ilə saat 06:10-da "Türk Hava Yolları" şirkəti tərəfindən yerinə yetirilməli idi.
 
Türkiyənin "Anadolu" agentliyi isə yazır ki, qonşu ölkədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən 6-7 yanvar tarixlərində Sabiha Gökçen hava limanına olan aviareyslərin sayı 20-25% azalacaq.
 
Demokratik.Az
Oxşar xəbərlər