Fəzail Ağamalı Tarif Şurasına: “Kvotanı qaldırın”

  • 02 dek 2016, 13:49
Demokratik.Az-ın Modern.az-ın xəbərinə görə, bunu 2017-ci il üzrə dövlət büdcə layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Deputat Tarif Şurasının məlum qərarını bu cür qiymətləndirib:
 
"Tarif Şurasının qazın və işığın verilməsi ilə bağlı tətbiq etdiyi kvotanın artırlması yaxşı olardı. Kəndlərdə insanlar qazla isinirlər. Kvota buna bəs etmir. Kvotanın 1500-dən 3000-ə qaldırılması məqsədəuyğun olardı. Bakıda da vahid istiklik sistemi olmadığına görə, yenə həmin problem var.
 
Tarif Şurasını qərarı ilə Prezidentin kənd təsərrüfatı ilə bağlı siyasətində uyğunsuzluq var. Avadanlıqlar və gübrələr xaricdən alınır və onun da qiyməri artıb ki, nəticədə, tərəvəz məhsullarının istehsalında ciddi problemlər yaranacaq. Həmçinin, Sahibkarlığa Kömək Milli Fonduna gələn ilin büdcəsində vəsait nəzərdə tutulmayıb. Sahibkar hansı maliyyə imkanları ilə inkişaf edəcək. Xahiş edirəm ki, plenar iclasa qədər bu quruma vəsaitin ayrılması ilə bağlı məsələyə yenidən baxılsın”.
 
Xatırladaq ki, Tarif Şurasının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1 500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb.
İllik istehlak həcminin 1 500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı il dekabrın 1-dən tətbiq olunacaq.
 
Elektrik enerjisinin 1 kVt/saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kVt/saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kVt/saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
 
Demokratik.Az
Oxşar xəbərlər