Dollar işarəsi necə yaranıb?

  • 30 may 2016, 20:59
Son vaxtlar dünyanın bir çox ölkələrində dolların bahalaşması bu pul vahidinə diqqəti artırıb. Lakin bir çoxlarının dollar - $  işarəsinin necə əmələ gəlməsi haqqında məlumatı yoxdur. 
 
Publika.az xəbər verir ki, illər boyu bu haqda bir neçə nəzəriyyə ehtimal edilib.
 
Ən çox qəbul edilən mənbəyə əsasən ($) işarəsinin yaranması 1700-ci illərin sonlarında Amerikada inqilab dövründə əsas mübadilə vahidi kimi istifadə edilmiş İspan pesosuna köklənir. O zamana aid əlyazma sənədləri göstərir ki, Amerikada peso - PS işarəsi kimi qısaldılıb.
 
Güman edildiyinə görə, zaman keçdikcə bu qısaldılmış işarədə tez-tez S hərfi P hərfinin üstündə yazılıb. Bu isə $ simvolunun əmələ gəlməsinə gətirib çıxardıb. $ simvolu 1800-ci ildən sonra ilk dəfə sənədlərin çap versiyalarında ortaya çıxıb.
 
Habelə 1875-ci ildə ilk ABŞ kağız əskinazında dolların nəşr edilməsinə qədər ümumi istifadədə olub.
 
Demokratik.Az
Oxşar xəbərlər