"Azərbaycan neft hasilatını dondurmağa hazırdır"

  • 17 apr 2016, 09:05

Azərbaycan neft hasilatının dondurulmasına razıdır. ANS PRESS-in məlumatına görə, bu barədə energetika naziri Natiq Əliyev TASS-abildirib. Onun sözlərinə görə, Azərbaycan Dohada neft ixrac edən digər dövlətlərlə razılşmanı imzalamaq niyyətindədir.

OPEC-in budəfəki iclasına ümumilikdə 18 ölkə qatılacaq. Hələ ki 5 ölkə dəvəti təsdiqləməyib.

"Dohada imzalanacağı planlaşdırılan neft hasil edən ölkələrin razılaşması, hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə "dondurulmasını" nəzərdə tutur, - nazir bildirib.

Energetika naziri deyib ki, neftin qiyməti razılaşma imzalandıqdan sonra 2016-ci ilin axırına $50-a çatacaq: "Qiymət nə qədər yüksək olsa, o qədər yaxşı. Amma biz hesab edirik ki bu ilin axırına kimi qiymət $50-a kimi qalxacaq, gələn ildə isə bizimçün münasib səviyyə bir barel üçün $60 olacaq".

Onu da bildirək ki, Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakdünya bazarında neftin qiymətinə dəstək məqsədilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair səslənən təklifi və toplantı zamanı qəbul ediləcək qərarla bağlı Azərbaycan və Rusiyanın mövqeyinin öyrənilməsi məqsədilə məsləhətləşmələrin vacibliyini qeyd edərək Dohada keçiriləcək toplantıdan öncə azərbaycanlı həmkarı Natiq Əliyevlə görüş keçirməyi təklif edib.

OPEC-ə üzv və qeyri üzv ölkələr 2014-cü ilin iyun ayından 2 dəfə  ucuzlaşmış neft qiymətlərinin qalxmasına təkan verməyə çalışır. Neft ixracatçıları  neftin hasilatını 2016-cı ilin yanvar ayı səviyyəsində dondurmağı təklif edirlər.

Rusiya və OPEC-ə üzv bəzi ölkələrin - Səudiyyə ƏrəbistanıQətər vəVenesuelanın enerji nazirləri isə fevralda Dohada toplaşmış və digər böyük hasilatçıların da qatılması şərti ilə xam neft istehsalının miqdarlarını yanvardakı səviyyəsində "donduracaq”larını açıqlamışdılar. OPEC-in budəfəki iclasına ümumilikdə 18 ölkə qatılacaq. Hələ ki 5 ölkə dəvəti təsdiqləməyib. Norveç və Liviya isə toplantıda iştirakdan imtina edib.

İndiyə qədər İran OPEC-ə üzv-dövlətlərin neft hasilatının azaldılması barədə razılığa qoşulmaqdan imtna edirdi. Sanksiyalaradan yenicə azad olmuş İran neft hasilatını artıracağını bəyan etmişdi. Bu dəfə isə Dohadakı toplantıda OPEC-ə üzv və qeyri üzv dövlətlərin hasilat həcmini artırmamaqla bağlı ortaq qərara gələcəyi gözlənilir.

Demokratik.Az

Oxşar xəbərlər