25 banka 68.4 milyon dollar satıldı

  • 11 mart 2016, 20:49

Bu gün Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. 

Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) Avropa.info-ya verilən məlumata görə, hərracda 25 bank iştirak edib.

ARDNF tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Bu vəsaitdən 68,4 milyon ABŞ dolları məbləğində vəsait 25 banka satılıb. 

Bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək. 
Oxşar xəbərlər