Neft yenə ucuzlaşıb

  • 11 mart 2016, 09:10
Bu gün dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,45 dollar yaxud 1,18% azalaraq 37,84 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,02 dollar və ya 2,48% ucuzlaşaraq 40,05 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 43 dollar/barel olacağı gözlənilir.