Dollar ilə bağlı kritik məlumat açıqlandı

  • 04 mart 2016, 21:44
Beynəlxalq bazarların maraqla gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisi açıqlandı.

Fevral ayında ölkədə kənd təsərrüfatı xaric məşğulluq 242 min artıb. İqtisadşılar 190 min artım gözləyirdilər. Beləliklə, açıqlanan məlumat proqnozdan yüksək çıxıb.

ABŞ-da işsizlik nisbəti dəyişməyərək 4,9%-də qalıb.

Kənd təsərrüfatı xaric məşğulluq ABŞ-da ən mühüm məlumatlardan biridir. Fed faiz artırımı prosesində bu məlumatı da qiymətləndirir.

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı, ölkə iqtisadiyyatının inkişaf vəziyyətinə və Mərkəzi Bank Fed-in növbəti faiz artıracağı tarix ilə bağlı ipucları verir.

ABŞ Mərkəzi Bankı Fed-in bu il faizləri artırmaqda davam edəcəyi gözlənilir. Borclanma faizləri yüksələcəyindən dövriyyəyə dolların daxil olması sürəti aşağı düşəcəkdir və bunun da dolların daha da güclənməsinə səbəb olacağı gözlənilir.

 

Demokratik.Az



Oxşar xəbərlər