Neft qiymətləri 40-50 dollara qalxacaq

  • 03 mart 2016, 19:57
Brent markalı neftin qiyməti bu ilin ikinci yarısında 40-50 dollara kimi qalxacaq. Bloomberq-in verdiyi məlumata görə, bu barədə İHS konsaltinq şirkətinin sədr müavini Deniel Erqin bildirib.
 
D.Erqin deyib ki, bu ilin aprel-dekabr ayları ərzində ABŞ-da neft hasilatı sutkada 1 milyon barel azaldılacaq.
 
Neft hasilatının dondurulması təşəbbüsünə fikrini bildirən D.Enqin deyib ki, belə qərar dünya bazarında "qara qızıla" olan qiymətləri stabilləşdirəcək.
 
Bu günə olan məlumata əsasən, London birjasında "Brent” markalı neftin bir barelinin may fyuçerslərinin qiyməti 36,9 dollar təşkil edir./trend