İstanbuldan Bakıya uçuşlar dayandı

  • 17 yan 2016, 21:11

 

Sabah Türkiyənin İstanbul şəhərindəki Atatürk və Sabiha Gökçen hava limanlarındanAzərbaycana gələcək aviareyslər ləğv edilib. 

ANS PRESS-in məlumatına görə, bu barədə Türk Hava Yollarının (THY) rəsmi internet saytında bildirilib. Məlumata görə, sabah gözlənilən meteoroloji qar çovğunu ilə bağlı İstanbuldakı Atatürk və Sabiha Gökçen havalimanlarında daxili və xarici hətta planlaşdırılan 246 aviareys ləğv edilib. Həmçinin 18 yanvar 2016-cı il tarixində saat 08:15 və 14:30-da İstanbuldan Bakıya gələn Türk Hava Yollarına məxsus 2 aviareys də ləğv edilib.
Oxşar xəbərlər