Xəbər lenti
Bütün xəbərlər

Tiflisdə "Qazprom" əleyhinə yenə aksiya olacaq

  • 16 yan 2016, 18:39

Gürcüstanın bir neçə qeyri-hökumət təşkilatının iştirakı ilə bü gün Tiflisdə "Qazprom" əleyhinə aksiya keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə "Sputnik"də məlumat yayılıb.

Gürcüstanın energetika naziri Kaxi Kaladze ilə "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller arasında aparılan danışıqlar Gürcüstanda ajiotaj yaradib.

Gürcüstan müxalifəti, xüsusilə də "Milli Birlik Hərəkatı" nümayəndələri bu addımı tənqidlə qarşılayıblar. Ekspertlərin fikrincə isə bu, Gürcüstanın enerji sərbəstliyini təhlükə altına alır.

Xatırladaq ki, Gürcüstanın əsas qaz tədarükçüsü Azərbaycandır və bu ilk etiraz aksiyası deyil..

Oxşar xəbərlər