Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » İqtisadiyyat » Neft qiyaməti: nüfuzlu Amerika bankları “20 dollar olacaq” dedi
Neft qiyaməti: nüfuzlu Amerika bankları “20 dollar olacaq” dedi
- 12 yan 2016, 19:43
Dünya birjalarında neftin qiymətində azalma bu gün də davam edib və son hərracların nəticələrinə əsasən London birjasında "Brent” markalı neftin 1 barreli hazırda 31 dollardır. Lakin bu da hələ son deyil və ABŞ-ın üç nüfuzlu bankının- "Morgan Stanley”, "Goldman Sachs” və "Citigroup”un proqnozuna görə tezliklə qiymət 30 dollarlıq həddən də aşağı enəcək və təxminən 20 dollar səviyyəsində dayanacaq.
Virtualaz.org xəbər verir ki, analitiklər qiymətin bu cür kəskin aşağı düşməsinə dair proqnozlarını Çində iqtisadi artımın yavaşıması və neft emalının həcminin azalması ilə əsaslandırıblar.
"Mümkündür ki, neftin qiyməti tezliklə 20-30 dollar arasında dəyişəcək”-"Morgan Stanley” bankının analitiki Adam Lonqson bildirib. "Financial Times” qəzetinin yazdığına görə bankın analitikləri neftin qiyməti üçün əsas rikslər kimi Çindəki devalvasiyanı və dolların kursunun möhkəmlənməsini göstərirlər.
Analitiklərə görə dolların kursunun cəmi 5 faiz artması dünya bazarlarında neftin qiymətinin 10-25 faiz ucuzlaşmasına səbəb olacaq. "Goldman Sachs” bankının analitikləri isə neft anbarlarının dolub-daşdığını, bazara gündəlik tələbatdan az qala 2 milyon barrel neft çıxarıldığını qeyd edərək qiymətin tezliklə 20 dollara qədər enəcəyini proqnozlaşdırır. Bankın analitikləri hesab edir ki, qiymətin bu cür kəskin aşağı düşməsi bir sıra neft hasilatçılarının müflis olması ilə nəticələnəcək.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti