Bakıda maşın bazarında qiymətlər düşdü - Avtomobillərin qiymət siyahısı (Foto)

  • 08 yan 2016, 08:16
Bakının avtomobil bazarında qiymətlər ciddi surətdə düşüb və tezliklə əvvəlki rəqəmlərin qayıtması gözlənilmir.

Bazardakı satıcıların sözlərinə görə, əvvəlki bir neçə ay ərzində avtomobillərin alqı-satqısında bir qədər canlanma hiss olunurmuş. Bazar tədricən özünə gəlirmiş. Lakin hazırda avtomobil bazarı sadəcə staqnasiya vəziyyətindədir. Qiymətlər düşsə də insanlar avtomobil almağa tələsmirlər.

Belə ki, əgər rəsmi avtosalonlar yüksək qiymətləri servis müddətinin artırılması və güzəştli kreditlərlə kompensasiya edərək qiymətləri köhnə səviyyədə saxlaya və yaxud manatın dollara qarşı kursuna uyğun qaldıra bilirlərsə, "ikinci əl" avtomobil bazarında vəziyyət başqa cürdür.

Bu bazardakı geriləməni satıcılar alıcılıq qabiliyyətinin düşməsi və çoxlarının qiymətlərin "dayanmasını" gözləyərək gözləmə mövqeyini seçməsi ilə bağlayırlar. Onların proqnozlarına görə, işlənmiş avtomobillərin qiymətləri düşməkdə davam edəcək, çünki öz maşınını satmaq istəyən çoxdur, alıcılar isə azalıb. Satıcılar avtomobili satmaq üçün qiymətləri aşağı salmağa məcbur olacaqlar.

Həmçinin müəyyən səbəblərdən avtokreditlərini ödəyə bilməyən avtomobil sahibləri də qiymətlərin enməsində müəyyən rol oynayacaqlar. Bu şəxslər avtomobilə bank tərəfindən həbs qoyulmamış və ya kredit üzrə borc böyüməmiş maşından canlarını qurtarmağa məcbur olacaqlar. İşlənmiş maşınların qiymətinin düşməsində avtomobillərin ehtiyat hissələrinin qiymətlərinin artması da böyük rol oynayır. Maşın alverçiləri manatın kursu ilə bağlı qeyri-müəyyənlikdən və milli valyutanın yaxın gələcəkdə mütləq düşəcəyi barədə şaiələrdən şikayət edirlər.

Bu arada ehtiyat hissələrinin ucuz olması və yanacağı qənaətlə işlətməsi səbəbindən Koreya istehsalçılarının avtomobillərinə maraq artıb. Maşın sahibləri arasında ənənəvi olaraq populyar olan markalar da mövqelərini ciddi sürətdə itirməyiblər. Üstəlik, satıcılar qeyd edirlər ki, getdikcə daha çox alıcı avtomobilin kreditlə alınması və ya barter edilməsi variantları ilə maraqlanır.

Ən populyar işlənmiş avtomobillərin dekabr devalvasiyasına qədər və ondan sonrakı qiymətlərini təqdim edirik: (Qiymətlər ABŞ dolları ilə göstərilib)/sputnik/

Oxşar xəbərlər