İmişli Şəkər Zavodunda nə baş verir?

  • 20 dek 2015, 21:28

 

"Azərsun Holdinq”ə daxil olan Imişli Şəkər Zavodunun 170 nəfər işçisi ixtisara salınıb. Bu barədəməlumat sosial şəbəkələrdə yayılıb. "Azərsun Holdinq”in IctimaiyyətləƏlaqələr və Biznesin Inkişafına Dəstək şöbəsinin müdiri Afiq Səfərov isə "Azadlıq”a açıqlamasında bildirib ki, sadəcəsuppodratçı şirkətlərlə müqavilə başa çatıb:

"Tikinti layihələri var idi, onlar başa çatıb. Təbii olaraq da, suppodratçı şirkətlərlə iş bitib. Burada söhbət həmin şirkətlərin əməkdaşlarından gedə bilər. Zavodda isə ixtisar aparılmayıb. Doğrudur, vəziyyət ürəkaçan deyil, böhrandır. Lakin biz mübarizəaparırıq, işçilərimizi itirmək istəmirik. Onu da qeyd edim ki, yayılan məlumatda rəqəm bir qədər şişirdilib”.

Başqa məlumata görə, "Bank Standard”ın da xeyli işçisi ixtisara salınıb.

 

Demokratik.Az