Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

DSMF-dən açıqlama: "Türkiyə birincidir,əcnəbilərin sayı artıb.

DSMF-dən açıqlama: "Türkiyə birincidir,əcnəbilərin sayı artıb.Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.

 

Fonddan Axar.az-a verilən məlumata görə, noyabrın 1-i tarixinə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 19,75 faiz artıb. Oktyabr ayı ərzində əlavə olaraq 472 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı  26.972 nəfərə yüksəlib.

 

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 23.779 nəfəri kişi, 3.193 nəfəri qadındır.

 

Ümumilikdə, 115 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 583 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2.949 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1.617 nəfərə çatıb. 

 

Sonrakı yerlərdə Hindistan (966), İran İslam Respublikası (960), Çin Xalq Respublikası (844), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (548), Pakistan İslam Respublikası (531), Ukrayna (422), Banqladeş Xalq Respublikası (375), Özbəkistan (269),  Almaniya Federativ Respublikası (247), Filippin Respublikası (235), ABŞ (230), Qazaxıstan Respublikası (211), Türkmənistan Respublikası (209), Koreya (189), İtaliya Respublikası (187)  və s. ölkələr qərarlaşıb.   

Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.