Xəbər lenti
Bütün xəbərlər

"Toyota" bunun gerçəkləşməsi üçün 1 milyard dollar ayırdı

  • 06 noy 2015, 22:58
Toyota süni intellekt yaradılması layihəsinə 1 milyard dollar xərcləyəcək. Gələcəkdə özü idarə olunan avtomobil yaratmağı qarşısına məqsəd qoymuş Yaponiyanın Toyota şirkəti süni intellektin tədqiqi və işlənməsinə 1 milyard dollardan çox investisiya ayırmaq niyyətindədir.

Avtomobil nəhəngi Silikon vadisində 200 əməkdaşı olacaq tədqiqat şirkəti yaratmağı planlaşdırır.

Stanford üniversiteti yaxınlığında yerləşəcək həmin şirkət gələn ilin yanvar ayından işə başlayacaq.

Toyotanın daha bir tədqiqat mərkəzi Massachusetts texnoloji universiteti yaxınlığında açılmalıdır.

Pilotsuz avtomobil yaradılması problemilə sırf avtomobil brendlərilə yanaşı Google və Uber kimi yüksək texnoloji şirkətlərdə məşğul olur.

Mercedes-Benz sürücüsü olmayan avtomobil layihəsi üzərində LG şirkətilə birgə işləyir. Pilotsuz avtomobil problemi üzərində Google və Uber şirkətlərində də iş gedir. 
Oxşar xəbərlər