Xəbər lenti
Bütün xəbərlər

AST Telman 100 milyon ödədi - Hotelini qurtardı

  • 03 iyun 2015, 20:42
Azərbaycanlı iş adamı Telman İsmayılovun sahibi olduğu dünyanın ən lüks hotellərindən olan"Mardan Palace”nin satışı ilə bağlı tender ləğv olunub.
 
Bu gün keçirilən tenderdən bir neçə dəqiqə əvvəl Telman İsmayılov icraya 100 milyon dollar ödəyib. Bu ödəmədən sonra hotelin satışı ləğv olunub.
 
Antalya 4-cü icra müdirliyində keçirilən tenderə yalnız SBK Holding qatılıb. İsmayılov borc kimi tapdığı 100 milyon dolları 4 il ərzində ödəyəcək.
 
Antalyanın Kundu sahilində inşa olunan hotelin açılışına Monika Beluççi, Peris Hilton, Meray Keri, Riçard Gir, Şeron Stoun kimi Hollivud ulduzları, həmçinin dünyanın ən məşhur foto model, maniken və müğənniləri də iştirak etmişdi. Böyük atəşfəşanlıqla açılışı olan hotel bütün dünya mətbuatının maraq dairəsinə düşmüşdü. Antalyanın ən lüks hoteli olaraq göstərilən "Mardan Palace” İstanbul Boğazı şəklində inşa edilib.
 
Qeyd edək ki, iş adamı hotelin tikintisinə 1,4 milyard dollar xərcləyib. "Mardan Palace” bələdiyyəyə olan borcları səbəbindən icra yolu ilə satışa çıxarılmışdı.