Demokratik TV
Xəbər lenti
"Ərzaq böhranı gələn il qlobal fəlakətə çevriləcək" - BMT
- 09 iyun 2022, 09:38
Ərzaq böhranı gələn il qlobal fəlakətə çevriləcək.
“Report” xəbər verir ki, bunu BMT-nin Ticarət və ixracın inkişafı üzrə konfransının sədri Rebekka Qrinspen bildirib.
O, qeyd edib ki, Rusiya və Ukraynadan ixrac olunan kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına qaytarılmayan böhranı 2023-cü ildə qlobal fəlakət təhlükəsi yaradır.
"Mövcud ərzaq böhranı 2023-cü ildə sürətlə qlobal ərzaq fəlakətinə çevrilə bilər. Enerji qiymətləri artıb və Qara dəniz regionundan gübrə ixracına qoyulan məhdudiyyətlər gübrə qiymətlərinin ərzaq qiymətlərindən daha sürətlə artmasına səbəb olub", - o deyib.
Qrinspen qeyd edib ki, əgər münaqişə və taxıl və gübrənin yüksək qiymətləri növbəti əkin mövsümünə qədər davam edərsə, mövcud böhran digər əsas bitkilərə, xüsusilə də düyüyə keçə bilər.
BMT nümayəndəsi vurğulayıb ki, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Ukraynadan ərzaq məhsulları, eləcə də Rusiyadan gələn ərzaq və gübrələri dünya bazarlarına qaytarmaq lazımdır.
"Gübrə tədarükünə yenidən başlamaq, onu kiçik fermerlərə təqdim etmək, geniş yayılmış tədarükün dəstəklənməsi növbəti 18 ay ərzində kritik cəhətdən vacib olacaq", - o əlavə edib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
İŞBİLMƏZ NAZİR HƏM DƏ “ŞAPKA” TƏLƏB EDİRDİ!-İnam Kərimov inamı doğrulda biləcəkmi?…
İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib
İnam Kərimov Prezidenti necə aldadır? – Parıldadılan üzəngilər, “zinqrovlu” kombaynlar, erməni-budaq cümlələri
ÇİN dünyanın ərzağını alır? - Qlobal aclıq olacaq?
Heydər Əsədov aqrar sektoru belə batırır - şok rəqəmlər
Azərbaycan buğda idxalından qurtula bilər
Əli Həsənov: “İlham Əliyev heç vaxt imkan verməyəcək...”
İlham Əliyev: “Sahibkarlar özləri də fəal olmalıdırlar”
Heydər Əsədov Kəmaləddin Heydərovu nədə ittiham etdi?- Alim Aqronom yazır
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti