Demokratik TV
Xanərəb kənd sakininin suvarma problemi həll edildi - VİDEO

Xatırladaq ki, vətəndaşın Demokratik.Az-a verdiyi məlumata görə, prezidentin 2015-ci il tarixli sərəncamı əsasında sözügedən kəndə 1226 saylı subartezian quyusu vurulub. Həmin iş zamanı isə Qələndər İbadov adlı şəxs Ü.Bağırov daxil, bir neçə sakindən ümumilikdə 5000 (beş min) manat pul toplayaraq artezianı onların istədikləri yerdə inşa etdirib. Pullar toplanıb və ödənilib, lakin, Qələndər adlı şəxs sonrakı illərdə pullarını aldığı şəxslərə suvarma imkanlarını düzgün müəyyənləşdirməyib, onları aldadıb və narazılıqlar yaradıb.
Şikayətdən sonra Bərdə rayon İHB və rayon SSİ tərəfindən vətəndaşın müraciətinə həssas yanaşıldığı və suvarma problemi aradan qalxdığı üçün aidiyyatı şəxslərə biz də öz dərin təşəkkürümüzü bildiririk.
