Rusiya nefti “tarixi qiymət”ə satıla bilər

  • 23 may 2022, 17:46
ABŞ Rusiyanın neft və təbii qaz ixracını əhatə edən yeni sanksiyalar hazırlayır.
Metbuat.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb. Bildirilir ki, ABŞ-ın məqsədi Rusiyanın gəlirlərini tamamilə azaltmaq, Moskvanın qlobal enerji sahəsində rolunu yox etməkdir. Qəzetə danışan mənbələr bildirib ki, bu həmlə Rusiyadan neft idxal edən Çin, Hindistan və Türkiyə kimi ölkələri narahat edə bilər. “İkinci dərəcəli sanksiya planı”na əsasən Rusiyadan idxal edilən neftə ən yüksək qiymət tətbiq ediləcək. Hansısa şirkət Rusiya neftini və təbii qazını qəbul edilən qiymətdən aşağı alarsa, cəzalandırılacaq. Ekspertlər hesab edir ki, ABŞ Rusiya nefti və təbii qazı üçün bazar qiymətindən dəfələrlə baha qiymət müəyyən edəcək və nəticədə hansısa ölkə üçün Moskva ilə əməkdaşlıq etmək sərfəli olmayacaq.
Qeyd edək ki, Rusiya neft satışından ayda 20 milyard dollar gəlir əldə edir.
Oxşar xəbərlər