Yardımlı sakini Sahil Babayevin nazirliyindən baş prokurorluğa şikayət yazdı

  • 20 may 2022, 16:06
Yardımlı rayonu Bozayran kənd sakini Sahil Babayevin nazirliyindən ölkə başçısına və baş prokurorluğa şikayət ünvanlayıb. 
Sadiyev Ataş Sadi oğlu tərəfindən yazılan müraciətdə deyilir:
"Hörmətli Prezdent, Hörmətli cənab Baş prokuror!Bildirirəm ki, mən Qarabağ Müharibə Veteranıyam, 2 -ci qrup əlıləm. 2010-cu ildən Qarabağ Müharibə Veteranları üçün təsis edilmiş müavinət almışam. 2013-cü ilin aprel ayında xəstəliyimlə əlaqədar dövlət qulluğuna görə pensiyaya çıxmışam. 2014 cü ilin aprel ayında mənə ödənilən Müharibə Veteranı müavinəti dayandırılmışdır. Dayandırılması barədə verdiyim sorğuya cavab olaraq mənə bildirilmişdir ki, həmin müavinət aldığım dövlət qulluğuna görə pensiyama əlavə edilmişdir. 
2014-cü ilin aprel ayından 2019-cu ilin aprel ayınadək isə mən Müharibə Veteranlığı ilə əlaqədar heç bir müavinət almamışam. Bu barədə Kapital Bank tərəfindən Ödəniş kartı üzrə çıxarışı əlavə edirəm. 
Azərbaycan Pespublıkası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 saylı fərmanı ilə Müharibə Veteranlarına Azərbaycan Pespublıkası Prezidentinin təqaüdü təsis edildikdən sonra mən də bu təqaüdü alıram.
2021-ci ilin dekabr ayında ƏƏSMN-nin auditorları ƏƏSMN-nin Yardımlı rayon şöbəsində apardıqları audit yoxlaması zamanı heç bir araşdırma, dəqiqləşdirmə aparmadan, bank hesabı ilə üzləşmə aparmadan müəyyən etmişlər ki, güya 2013-cü ilin aprel ayından 2019-cu ilin aprelinədək 3000 (üç min) manatdan yuxarı büdcə vəsaiti qeyri-qanuni olaraq mənə artıq ödənilmişdir. Sahil Babayevin özü kimi bu korrupsioner auditorları (əgər onlara auditor demək olarsa) bankdan elementar bir arayış sorğu edib dəqiqləşdirməmişlər ki, mən nə qədər müavinət almışam və hansı dövrlər üçün almışam. 
Aparılmış bu auditin yekunu olaraq Sahil Babayev almadığım, üzünü belə görmədiyim 3000-dən artıq vəsaitin aldığımı pensiyamdan hissə-hissə tutulmasına sərəncam vermiş və artıq 2022-ci ilin may ayından həmən vəsaitin bir qismi pensiyamdan tutulmuşdur".  
Şikayətçi yazılanları qeyd etməklə, onu da bildirib ki, 2013-cü ilin aprel ayından 2014-cü ilin aprelinədək cəmi 523 manat ( beş yüz iyirmi üç) müavinət alıb. Bu müavinəti aldığı zaman onun qeyri-qanuni olmağından isə xəbəri olmayıb. ƏƏSMF-yə heç bir saxta sənəd, arayış təqdim etməyib.
"Əgər bu vəsait mənə artıq ödənilibsə də bu vəzifəli şəxslərin günahı ucbatından baş verib, məsuliyyət də onların üzərində qalmalıdır. Bu qanunun tələbidir. Lakin Sahil Babayevin qoçu səlayihətliləri 523 manatı 3000 manatdan da yuxarı qaldıraraq indi məndən tələb edirlər"-deyə Sadiyev bildirir.  
Şikayətçi iddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi vacib və əhəmiyyətli bir nazirlik prezidentin etimad edib nazir təyin etdiyi Sahil Babayev tərəfindən özünün şəxsi kommersiya şirkəti kimi idarə edilir. Bu səbəbdən də vətəndaşla dövlət arasında uçurum yaradılır, Sahil Babayev vətəndaşların sosial təminatı ilə məşğul olmaq əvəzinə, vətəndaşları sosial təminatdan məhrum etməklə məşğuldur.
Yardımlı sakini ərizəsində xahiş edir ki, Sahil Babayevin və onun əməkdaşlarının qeyri qanuni olaraq üzərinə qoyduqları 3000 manatdan yuxarı  vəsaitin taleyinə aydınlıq gətirilsin, bu auditi aparmış auditorlar cəzalandırılsın. 

Demokratik.Az şikayətə dair nazirliyin mövqeyini dərc etməyə hazır olduğunu da bəyan edir...
Oxşar xəbərlər