Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » İqtisadiyyat » Bərdənin "səlahiyyətli su yezidləri" vətəndaşı pambıq əkdiyinə peşman etdilər - VİDEOŞİKAYƏT
Bərdənin "səlahiyyətli su yezidləri" vətəndaşı pambıq əkdiyinə peşman etdilər - VİDEOŞİKAYƏT
- 14 may 2022, 23:03
Bərdə rayon sakini, sahibkar Bağırov Ülvin Mirdamət oğlu qarşılaşdığı problem ucbatından ölkə başçısına müraciət edib. Şikayətçi yaşadığı Bərdə rayonu Xanərəb kəndində 22 hektar torpaq sahəsində pambıq əkib-becərməyə girişsə də, süni maneələrlə suvarma suyuna həsrət qaldığını deyir.
Vətəndaşın Demokratik.Az-a verdiyi məlumata görə, prezidentin 2015-ci il tarixli sərəncamı əsasında sözügedən kəndə 1226 saylı subartezian quyusu vurulub. Həmin iş zamanı isə Qələndər İbadov adlı şəxs Ü.Bağırov daxil, bir neçə sakindən pul toplayaraq artezianı onların istədikləri yerdə inşa etdirdiyini deyib. Pullar toplanıb və ödənilib, lakin, Qələndər adlı şəxs sonrakı illərdə pullarını aldığı şəxslərə suvarma imkanları yaratmayıb, onları aldadıb və narazıllıqlar yaradıb.
Bağırov Ülvin Mirdamət oğlu həmin adama 520 manat rüşvət verdiyini, aldadıldığını, ötən ildən bəri əkdiyi pambığı suvara bilmədiyini deyir. Şikayətlər etsə də, ortada İHB-nin və bələdiyyənin iştirakı ilə rəsmi suvarma qrafiki aktı mövcud olsa da yezidlərin əlində girinc qaldığını qeyd edir.
Şikayətçi qarşılaşdığı susuzluq probleminin həlli üçün ölkə başçısından kömək istəyir.
Vətəndaşın videoşikayətini təqdim edirik:

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezident gözlənilən əfv sərəncamını imzaladı - SİYAHI
İlham Əliyev əfv sərəncamı imzaladı - TAM SİYAHI
İLHAM ƏLİYEV onları əfv etdi - TAM SİYAHI
İlham Əliyev əfv sərəncamı imzaladı - TAM SİYAHI
4 il öncənin aprel döyüşlərini UNUTMAYAQ!
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Vidadi Zeynalovun mülkləri özünə qaytarıldı
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Cəmil Həsənli Parlamentin yeni siyahısını yaydı: Kimlər deputat olacaq –Demokratik.Az həmin SİYAHINI təqdim edir:
YAP-ın deputatlığa namizədləri açıqlandı - BÜTÜN ADLAR
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti