“Taliban”dan Moskvaya dəstək - Kabil Rusiya ilə bağlı niyyətini açıqladı

  • 13 may 2022, 14:51
Əfqanıstan Rusiyadan neft və qaz almaq niyyətində olduğunu açıqlayıb.
Bunu Əfqanıstanın Moskvadakı müvəqqəti işlər vəkili Camal Nasir Qarval bildirib.
O qeyd edib ki, Əfqanıstan, həmçinin, Rusiya ilə konkret müqavilələr imzalamağa hazırlaşır.
“Biz biznes və maliyyə sahəsində danışıqlar aparırıq. Biz qətiyyətliyik və həqiqətən də Rusiya ilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyirik ki, münasibətlərdə irəliləyiş olsun”, - Qarval bildirib.
O əlavə edib ki, Əfqanıstan yanacaq və qaz almaqda çox maraqlıdır.
“Biz Əfqanıstan və Rusiya arasında razılaşmalar əldə etmək və konkret sazişlər imzalamaq əzmindəyik”, - diplomat fikirlərini yekunlaşdırıb.
(Teleqraf.com)
Oxşar xəbərlər