Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verildi

  • 07 apr 2022, 21:22
Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sözügedən sənədə yeni bənd əlavə edilib:

"1.8. kənd təsərrüfatı bitkilərinin toxum və əkin materialları, habelə seleksiya nailiyyətləri ilə bağlı "Toxumçuluq haqqında”, "Çayçılıq haqqında”, "Seleksiya nailiyyətləri haqqında” Azərbaycan qanunları və bu sahədə münasibətləri tənzimləyən digər qanunlarla müəyyən edilmiş müvafiq tələblərə riayət olunmasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması.”.
Oxşar xəbərlər