Rəmiş Cəfərovun evinə “qara maskalılar” girib?- DİN-dən açıqlama

  • 17 fev 2022, 23:05
Hüquq müdafiəçisi Rüfət Səfərov canlı yayımda bu gün prospekti bağlayan “R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə “qara maskalılar”ın girdiyini iddia edib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hüquq müdafiəçisinin iddialarına cavab verib.
“Bunlar hamısı əsassızdır. Onun evinə, ofisinə heç bir “qara maskalı”, naməlum şəxs girməyib. Sürücü Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov minlərlə insanın işə gecikməsinə səbəb olan oğluna bəraət qazandırmaq istəyir.
Rəmiş Cəfərov vəkillə təmin olunub, ona hüquqları izah edilib. O saxlanılıb, araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.//Oxu.az
Oxşar xəbərlər