Ticarət obyektlərinin icarə qiymətləri niyə bahalaşır?

  • 17 fev 2022, 13:11
Pandemiya, sərt karantin dönəmində bir çox sahələrdə qapanmalar olduğu üçün obyektlərin icazə qiymətlərində də böyük fərqlər var idi. Lakin bu gün nədənsə, ticarət obyektlərinin satış və icazə qiymətlərində artımlar müşahidə edilir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Medianews.az saytına açıqlaması zamanı bildirib ki, istər evlər, istərsə də qeyri-yaşayış obyektlərinin satış qiymətləri kirayə qiymətinin 0,5 faizi ilə hesablanır. Yəni, bir obyekt ayda 500 manat kirayə verirsə, demək ki, bunun real bazar qiyməti 100 min manatdır. Amma ayda 1000 manat icarə verirsə, 200 min manatdır.

“Azərbaycanda əmlak alan insanların çox böyük əksəriyyəti onu yatırım üçün alır. Yəni, alıb kirayə verərək qazanc götürmək istəyir.
Pandemiya, sərt karantin dövründə demək olar ki, aptek və marketlərdən başqa əksər ticarət obyektləri bağlı vəziyyətdə qaldı. Qapanmalar ləğv edildikdən sonra çökmüş iş adamları çox istədilər ki, yenidən fəaliyyətə başlayan zaman obyektləri ucuz qiymətə götürsünlər. Obyekt sahibləri isə obyektlərin bağlı qalmasına razı olurlar, amma onu ucuz qiymətə kirayə verməyə razı olmurlar. Çünki obyektin kirayə qiymətini aşağı salarsa, avtomatik obyektin satış qiyməti də aşağı düşür”.
Ekspertin sözlərinə görə, pandemiyadan əvvəlki dövlərdə ən baha kirayə qiymətləri olan və çox gəlir gətirən sahələrdən biri restoran sistemi idi. Hazırda isə bir zalda 500-600 nəfərin iştirakına icazə verilmir. Bu isə o deməkdir ki, buranı işlədən sahibkar 3-4 dəfə daha az pul qazanır. Bu səbəbdən də hazırda yalnız şadlıq evlərinin icarə qiymətlərində enmələr müşahidə olunur.
“Digər obyeklərin isə icarə qiymətləri aşağı düşmür. Bu isə iqtisadı baxımdan heç də yaxşı hal deyil. Hazırda şəhərdə iri marketlər 40,50,60 min icarə pulu verirlər. Bu xərclər artdıqca məhsulların qiyməti də artır”.
Oxşar xəbərlər