Xəbər lenti
Bütün xəbərlər

Neftimiz bir az bahalaşdı

  • 22 may 2015, 11:16
Azərbaycan nefti iki dollardan çox bahalaşıb.


Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən bildirilib.

Verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda "Azəri Layt" markalı neftin bir barelinin qiyməti 3,07% və ya 2,01 dollar artaraq 67,36 dollar olub.

Xatırladaq ki, dünya bazarlarında isə neftin qiyməti ucuzlaşıb. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0.08 dollar (0.13%) azalaraq 60.64 dollar, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.14 dollar (0.21%) ucuzlaşaraq 64.40 dollar təşkil edib.
Oxşar xəbərlər