Demokratik TV
"Sahil Babayev - 160 milyon manat və.." - Bəxtiyar Hacıyev yazır

"AqriKon" QSC-nin saytı yoxdur. Facebookdakı səhifəsini hazırda 4(!) nəfər izləyir. Son post 2019-cu ildə yenilənib. Şirkətin nömrəsi GetContactda "Aznest" nömrəsi gizlədildiyi gün gizlədilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qədər sıx əməkdaşlıq etdikləri, 160 milyon manatdan çox tender verdikləri şirkətlərin rəhbərlərini cəmiyyətə təqdim etməlidirlər. Onların ofislərini çəkib, ictimaiyyətə məlumat verməlidirlər. Təsisçi mətbuat konfransı keçirməlidir, bu tenderləri necə udmaqları barədə açıqlama verilməlidir.
Əks halda, susduqları müddətcə bu şirkətlərin Sahil Babayevə məxsus olması, Sahil Babayevin kabinetini təmir edən fəhlənin üstünü təmizləyərək atdığı imza ilə milyonların ora köçürülməsi barədə deyilənləri səssizlikləri ilə təsdiq etmiş olacaqlar. Eyni zamanda milyonlarla insanımız pensiya, müavinət dərdi çəkdiyi, işsizlikdən əziyyət çəkdiyi bir vaxtda naməlum, heç bir əlaqə məlumatları işləməyən, facebookda 4 izləyicisi olan şirkətlərə 160 milyon manat ayırmaqlarının cinayət olduğunu qəbul etdiklərini göstərəcəklər.
Maksimum paylaşaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səhifələrinə qeyd edək, rəsmiləri işarələyək, cavab tələb edək.

