Çinin Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb

  • 17 yan 2022, 10:12
Çinin Mərkəzi Bankı ölkənin maliyyə təsisatları üçün birillik, ortamüddətli kreditlərin faiz dərəcəsini 10 bənd azaldaraq, 2,85% səviyyəsində saxlayıb.
Bu, sözügedən kredit mexanizmi üçün faiz dərəcəsinin 2020-ci ilin aprel ayından sonra ilk azaldılmasıdır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, 7 illik repo üzrə faiz dərəcəsi də 10 bənd aşağı salınıb və 2,1% səviyyəsində saxlanılıb.
Bundan başqa, Çinin Dövlət Statistika Bürosu ölkənin 2021-ci il üçün iqtisadi göstəricilərini açıqlayıb. Göstəricilərə əsasən, Çinin illik ÜDM-i 8,1% artıb.
Hazırda Çin iqtisadiyyatının 3 qat təzyiq altında olduğu bildirilir. Buna tələbin azalması, təkliflə bağlı fasilələr və gözləntilərin zəifləməsi səbəb olub.
Oxşar xəbərlər