ARDNF gələn il 15 milyon manatdan çox maaş ödəyəcək

  • 06 dek 2021, 20:31
2022-ci ildə Dövlət Neft Fondunun (ARDNF) idarə edilməsi ilə bağlı xərclərin 33 989 min manat təşkil edəcəyi gözlənilir.
Demokratik.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Məlumata görə, bu, 2021-ci ilin proqnozu ilə müqayisədə 17,6% çoxdur.
ARDNF-in gələnilki xərclərinin 15 348 min manatını və yaxud təxminən 44%-ni əməyin ödənişi xərcləri təşkil edəcək. Fond satınalmalara 15 242 min manat, sosial ödənişlərə 61 min manat, qeyri-maliyyə aktivlərinə isə 3 338 min manat xərcləyəcək.
Oxşar xəbərlər