Neftin qiyməti düşdü

  • 21 may 2015, 06:49
Neftin dünya bazarlarında qiyməti yenidən düşüb.

Dünya bazarlarında ötən gündən etibarən başlayan neftin qiymətinin kəskin qalxması prosesi bu gün müşahidə olunmayıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.20 dollar (0.34%) azalaraq 58.78 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.13 dollar (0.20%) ucuzlaşaraq 64.90 dollar olub.

Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.
Oxşar xəbərlər