Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » İqtisadiyyat » Pensiya təyinatından pis xəbər - Tələb edilən kapital məbləği yüksəldi
Pensiya təyinatından pis xəbər - Tələb edilən kapital məbləği yüksəldi
- 12 noy 2021, 19:37
2022-ci ildə Azərbaycanda minimum pensiyanın məbləği 20 faiz artırılaraq 200 manatdan 240 manata çatdırılacaq.
Demokratik.Az bildirir ki, pensiyaların minimum həddinin artırılması hazırda pensiya alan (xüsusi qaydada pensiyaya çıxanlar istisna olmaqla – red.) şəxslər üçün yaxşı xəbər olsa da, pensiyaya çıxmağa hazırlaşan bəzi şəxslər üçün pis xəbər olacaq. Çünki minimum pensiyanın artırılması pensiyaya çıxmaq üçün tələb edilən pensiya kapitalını da artırdığından bəzi şəxslərin pensiyaya çıxması mümkün olmayacaq və həmin şəxslər yaşa görə müavinət almaqla kifayətlənəcək.
Hazırda pensiyaya çıxmaq üçün tələb edilən kapital 28 800 manatdır. Minimum kapitalın məbləği minimum pensiya məbləğinin 144-ə vurulması ilə müəyyən olunur. Gələn il minimum pensiya 240 manat olarsa, pensiyaya çıxmaq üçün tələb edilən kapitalın məbləği 34 560 manata yüksələcək.
Qaydalara əsasən, yaşa görə pensiyaya çıxmaq üçün 2 şərtdən biri ödənilməlidir. Ya minimum pensiya kapitalı toplanmalıdır, ya da sığorta stajı minimum 25 il olmalıdır. Elə şəxslər var ki, onların stajı 25 ildən az olsa da, pensiya kapitalı 28 800 manata yaxındır. Bu şəxslər kapitalı toplaya bildiyinə görə pensiyaya çıxa bilərdilər. Amma tələb edilən minimum pensiya kapitalı artırıldığından həmin şəxslərin pensiyaya çıxması mümkün olmayacaq.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Pensiyaların hesablanmasında- Yeni qayda
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Prezident gözlənilən əfv sərəncamını imzaladı - SİYAHI
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
“Pensiya yaşının artırılması həmin ailələri pis vəziyyətə salacaq”
Pensiya yaşı, əmək stajı niyə artırılır?
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Azərbaycanda "1 may Beynəlxalq Əmək Günü" keçirilmir - NİYƏSİ
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti