Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət artırılır

  • 08 noy 2021, 12:04
Gələn il uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlərin maliyyələşdirilməsi üçün 2022-ci ildə 20,0 mln. manat məbləğində vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır.
APA-nın məlumatına görə, bu, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb.
Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 5,3 mln. manat
(36,1%), 2020-ci ilin faktiki icrasından isə 10,5 mln. manat (2,1 dəfə) çoxdur.
Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər