Sahil Babayevin "nazirliyi" Yardımlı sakinini də süründürüb pulunu vermir - ŞİKAYƏT

  • 21 okt 2021, 00:25
Yardımlı rayonu Bozayran kənd sakini, Qarabağ Müharibə Veteranı Sadiyev Ataş Sadi oğlu prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb. Sahil Babayevin rəhbəri olduğu nazirlik tərəfindən haqsızlığa və özbaşınalıqlara düçar olan şikayətçi aşağıdakıları yazıb : 

"Hörmətli Prezident ! 
Bildirirəm ki, Qarabağ Müharibəsi Veteranı olmaqla 2-ci qrup əliləm. 2021-ci ilin may ayında əlillik müddəti başa çatdığından mənim pensiya təminatım dayandırılmışdır. Tibbi Sosial Ekspert  Komissiyasına müraciətimdən sonra 09.07.2021-ci il tarixdə mənim 2-ci qrup əlilliyim yenidən bərpa  edilmişdir. Sizin şəxsi təşəbbüsünüz və tapşırığınizla Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin  bütün  strukturlarının elektron  qaydada xidmət göstərmələrinə baxmayaraq 04 sentyabr  2021 ci il tarixdə yazili ərizə ilə poçt şöbəsi vasitəsiylə  ƏƏSM  Nazirliyinə bir daha müraciət etmişəm. Mənim ərizəm DSMF yanında Xüsusi Şərtlərlə Təyinat idarəsinə  vaxtında daxil olsa da bu günə qədər  baxılmamış qalmış və nəticədə mənə çatası pensiya  məbləğinin  ödənişi həyata keçirilməmişdir. 
Hörmətli Prezident !  Mən  6/altı/  aydır ki pensiya almıram. Səhətimlə əlaqədar heç bir yerdə  işləmirəm.  Qarabağ Müharibəsi Veteranlarına verilən 80 manat  müavinətdən başqa qazancım  yoxdur. Lazımi dərmanları almaqda çətinlik  çəkirəm.  
Hörmətli Prezident! Sizdən  xahiş  edirəm ki, mənə çatası  pensiya məbləğinin ödənilməsindən ötəri  lazımi  göstərişlər verəsiniz". 
İnanırıq ki, aidiyyatı nazirlik sosial və sağlamlıq durumu məhdud olan şikayətçinin haqq səsini eşidib onun pozulmuş haqqının bərpasına can yandıracaq.
Xatırladaq ki, ölkədə 10 minlərlə insan adıkeçən nazirliyin əlilliyin təyinatındakı nöqsanlarından və süründürməçiliyindən narazıdır. Anoloji hallar bütün ölkəni bürüyüb.
Demokratik.Az
Oxşar xəbərlər