Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » İqtisadiyyat » Neftçalanı “işıqlandıran” 2 aylıq şirkət kimindir? –18 min manatlıq şübhəli TENDER
Neftçalanı “işıqlandıran” 2 aylıq şirkət kimindir? –18 min manatlıq şübhəli TENDER
- 22 may 2021, 00:02
Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala Şəhər İnzibati Ərazi Nümayəndəliyi “Fotret-So” MMC ilə maliyyə dəyəri 18 000 AZN təşkil edən satınalma müqaviləsi bağlayıb.
Demokratik.Az hit.az-a istinadən xəbər verir ki, müqavilədə küçələrin işıqlandırılması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Fotret-So” MMC-nin 22 fevral 2021-ci ilə tarixdə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı Şəhəri Xətai rayonu, Babək prospekti, ev 79, mənzil 32-də yerləşən MMC-nin qanuni təmsilçisi Nəzərov Məmmədbağır Vüqar oğludur.
Açıq mənbələrdə nə “Fotret-So”, nə də Məmmədbağır Nəzərov haqqında məlumat var. Bu, şirkətin yeni yaranması ilə bağlı ola bilər. Reyestr sənədlərindən də görünür ki, şirkət cəmi 2 aydır yaradılıb və satınalma müsabiqələrində iştirak etməyib. Hər halda dövlət satınalmalarının vahid internet portalında “Fotret-So” MMC-nin bundan əvvəl tenderdə iştirakına dair hər hansı bilgi yoxdur.
“Dövlət satınalmaları haqqında” Qanuna görə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması vacibdir. Cəmi iki ayın şirkətinin bu tələblərə cavab verdiyi inandırıcı görünmür.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İnam Kərimovun Dövlət Toxum Fondunda baş verənlərdən xəbəri varmı? - FAKTLAR
Alimpaşa Məmmədov hələ də öz ampulasındadır - İTTİHAM
Əhməd Əhmədzadə oliqarx kadrlarının sayını belə artırır
MÜƏMMA! Ağcabədidə "Dost" iş-dən maaş alan işsiz Gəncədə tenderin qalibi oldu
"AzerGold” şirkətində KORRUPSİYA - "Perlit" MMC tenderləri necə qamarlayır?
Rövşən Rzayev “Qaçqınkom”un keçmiş sədrindən nə ilə fərqlənir?
Meliorasiya və Su Təsərrüfatı ASC ləğv olunacaqmı və...
Azərbaycanda böyük supermarketlərin sahibləri kimlərdi? - Təqdimat
Dövlətə 1.3 milyon borcu olan şirkət Bərdəni necə abadlaşdırdı?
Daha bir “TENDER KRALI” - “Azərtranss”...
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti